Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 10:42
Dəniz kənarında çay vətəndaşlara 40-50 manata satılır.
Söhbət Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dənizkənarı restoranlardan gedır.
Vətəndaşlar deyir ki, adam dəniz kənarına ailəsi ilə getməyə peşman olur. Adi bir çayı 40 manatdan aşağı vermirlər. Etiraz edəndə isə sadəcə "yer yoxdur" deməklə kifayətlənirlər.
Boş olan yerləri göstərəndə isə deyirlər ki, bunlar depozitlidir.
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı "XəzərXəbər" olaraq həmin restoranlarda olduq. İnzibatçılar faktı təsdiq etsələr də, buna özlərinə məxsus şəkildə haqq qazandırmağa çalışdılar.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, dəniz kənarlarında vətəndaşlara qarşı edilən haqsızlıq tam olaraq araşdırlacaq. Ümumiyyətlə, qiymətlərə tam olaraq İqtisadiyyat Nazirliyi nəzarət edir. Ancaq yerli qrum olaraq, aidiyyəti təşkilatların da iştirakı ilə restoranlarda monitorinqlər təşkil ediləcək. Bu kimi hallara yol verən restoran sahibləri ciddi cəzalandırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: