Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 18:08
"Övladlarımızın nə vaxt geri dönəcəyini öyrənmək üçün hökumət binasının qarşısına toplaşdıq".
Sonxeber.net erməni mediasına istinadən xəbər verir ki, bunu avqustun 9-da jurnalistlərə verdiyi müsahibədə Bakıda saxlanılan erməni terrorçunun adının açıqlanmasını istəməyən qohumu deyib.
"Səkkiz aydır bizə yalan danışırlar. Bakıda əsirlərimiz azadlıqdan məhrum edilir. Başqa nə qədər gözləyəcəyik? Artıq səlahiyyətlilərdən heç nə gözləmirik. Məmurlar bizi qəbul etmir, hara və kimə müraciət edəcəyimizi bilmirik ", deyə məhkumun qohumu əlavə edib.
Jurnalistin əsirlər problemi ilə məşğul olan keçmiş baş nazir müavini Tiqran Avinyanın hökumət binasına yenicə girdiyini və onlara yaxınlaşıb-yaxınlaşmadığı sualına əsirin qohumlarından biri belə deyib:
"O, gördü ki, valideynlər oturublar. İndi hamı öz kreslosu uğrunda mübarizə aparır. Bu gün heç kim orada nə qədər qəhrəman oğlanın əsirlikdə qaldığı və nə vaxt geriyə qayıdacağı ilə maraqlanmır".