Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tallində şəhər sakinlərinə pulsuz tibbi maskalar paylanılacaq

Tallində şəhər sakinlərinə pulsuz tibbi maskalar paylanılacaq

Tarix: 11 Avqust 2021 20:36

Maska insanın özünü və ətrafdakıları qorumağa imkan verən əsas vasitədir. Yay tətilindən sonra və tədris ilinin başlanması ərəfəsində daha çox insan şəhərə qayıdır, buna görə də təkcə ictimai nəqliyyatda deyil, insanların çox olduğu yerlərdə də maskadan istifadə etmək zəruridir" - B. Beşkina söyləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Tallin merinin müavini Betina Beşkina söyləyib.

Mer müavini B. Beşkina bildirib ki, bu həftədən etibarən Tallin rayon idarələri çoxuşaqlı ailələrə, tənha valideynlərə, təqaüdçülərə, eləcə də gəlirdən asılı olaraq müavinət alan şəhər sakinlərinə pulsuz tibbi maskaların paylanılmasına başlayacaq.

Qeyd edilib ki, maskalar rayon idarələrində veriləcək, şəxsin üzərində mütləq şəxsiyyəti təsdiq edən sənəd, təqaüdçülərin isə təqaüd almasını təsdiq edən sənəd olmalıdır.

Şəxs maska almağa gedərkən xəstəliyin heç bir əlamətinin olmadığından əmin olmalıdı, ərazidə epidemioloji təhlükəsizlik tələblərinə riayət etməlidir. Maskaların verilməsi ilə bağlı əlavə məlumatı rayon idarələrinin məlumat telefonlarına zəng edərək əldə etmək olar. Məlumatlar rayon idarələrinin saytlarında və sosial media kanallarında da mövcuddur.

Betina Beşkina bildirib ki, koronavirus infeksiyasının üçüncü dalğasının qarşısının alınmasının hər kəsdən asılıdır.

Xatırladılıb ki, Tallində ilk dəfə ötən ilin payızında şəhər sakinləri arasında maskaların paylanılması başlanılıb. Ümumilikdə həmin dövrdə şəhər əhalisi bir neçə milyon maska ilə təmin edilib.


Etiketlər:  Tallində şəhər sakinlərinə pulsuz tibbi maskalar paylanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ