Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki bağırsaq və ishal xəstələri üçün pəhriz

Xroniki bağırsaq və ishal xəstələri üçün pəhriz

Tarix: 12 Avqust 2021 23:33

Bu pəhriz  xroniki bağırsaq və ishal xəstələri üçün nəzərdə tutulub.
Pəhriz bağırsaq fəaliyyətini yaxşılaşdırmaq və ishalı kəsmək üçün nəzərdə tutulub.
İshal baş verən xəstələrə yağlı, qızardılmış, həddindən artıq soyuq və həddindən artıq isti qidalardan istifadə etmək olmaz.
İshal müşahidə olunan xəstələr aşağıdakı qidaları rasionuna daxil etməlidir:
- yağsız balıq və yağsız ət bulyonu
- mannı sıyığı və düyü şorbası
- suxari
- perlova
- qarabaşaq.
Bağırsağında ishal problemi olan xəstələrə qızardılmış, qovrulmuş ət və tərəvəzlər, çiy tərəvəzlər, birinci sort un məmulatları, kolbasa və sosislər, süd məhsullarından istifadə etmək qadağandır.
Uyudulmuş əti düyü ilə bişirib yemək daha məqsədəuyğun sayılır.
Düyü və digər şorbalara quru nanə əlavə edib içmək, müalicəvi təsir göstərir. İshal baş verən xəstələr isti itburnu dəmləməsi içməlidir. Onların yediyi bütün qidalar təzə, bişmiş halda olmalıdır.


Etiketlər:  Xroniki bağırsaq ishal xəstələri üçün pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ