Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Mütalib Xudiyev Vətən müharibəsində 42 gün döyüşüb, böyük şücaət göstərib - VİDEO

Şəhid Mütalib Xudiyev Vətən müharibəsində 42 gün döyüşüb, böyük şücaət göstərib - VİDEO

Tarix: 13 Avqust 2021 11:34

Vətən müharibəsində canını fəda etmiş qəhrəman hərbçilərimizdən biri də Mütalib Xudiyev olub.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Mütalib Xudiyev Vətən  müharibəsində 42 gün döyüşlərdə iştirak  edib.

Hələ uşaqlıqdan vətənə, torpağa sevgisi var idi Mütalibin, ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi. Mütalib Xudiyev 1993-cü ildə Göyçay rayonu, Bəydövül kəndində anadan olub. Mütalib Xudiyev 3 yaşında anasını xəstəlik səbəbindən itirib. Daha sonra analığı tərəfindən boya-başa çatdırılan Mütalib 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb.  Senytaybrın 27-də isə başlayan ikinci Qarabağ müharibəsində döyüşlərə könüllü qatılıb.

O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşaya qədər olan döyüşlərdə iştirak edib. Mütalib Xudiyev müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib. Noyabr ayında Şuşa uğurunda gedən döyüşlərdə yaralı olan yoldaşlarını ərazidən çıxartmağa da köməklik  edib. Minamyot qəlpəsindən aldığı yaralar nəticəsində şəhadətə yüksəlib.

Mütalib Xudiyev ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəhid Mütalib Xudiyev Vətən müharibəsində gün döyüşüb böyük şücaət göstərib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ