Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada fəhlə iş yerində hündürlükdən yıxılaraq ölüb

Qubada fəhlə iş yerində hündürlükdən yıxılaraq ölüb

Tarix: 13 Avqust 2021 17:36

Avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunmuşdur ki, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən "Şaving İnşaat" MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan "xeyir-şər evi"nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Etiketlər:  Qubada fəhlə yerində hündürlükdən yıxılaraq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ