Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 19:08
Ötən gün Mingəçevir şəhərinin Niyazi küçəsində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarından qaçmağa cəhd göstərib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan şəhər sakini, 1986-ci il təvəllüdlü Zaur Heydərovun halı qəfil pisləşdiyindən hadisə yerinə təcili yardım çağırılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Z.Heydərovun ürək-qan damar dövranının pozulması səbəbindən öldüyü bildirilir.
Hazırda iş üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.
Məlumatı saytımıza DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Z.Heydərov bir sıra nevroloji xəstəliklərdən əziyyət çəkib, o cümlədən epilepsiya xəstəliyi olub.