Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 00:51
Bakı. Trend:
Şəkidə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 90 m² olan dülgər sexinin qarşısına yığılan 20 ədəd stul və 10 m² sahədə taxta yonqarı yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin