Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 14:45
Yay fəslində günəşdən qorunmaq üçün müxtəlif kremlərdən istifadə olunur.
Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz təbii günəş kremini təqdim edir.
Lazım olanlar:
25 qram karite yağı, 5 ml pambıq yağı, 5 ml kokos yağı, 5 ml susam yağı
Hazırlanma qaydası:
Kasaya karite, susam və pambıq yağını əlavə edin. Kasanı qaynayan suyun üzərinə qoyub, yağları əridin. Kokos yağını da eyni üsulla başqa bir qabda əridin. Daha sonra onları taxta qaşıq vasitəsi ilə qarışdırın. Alınan məhlul soyuducuda saxlanılmalıdır. Günəşə çıxmamışdan 20 dəqiqə əvvəl istifadə edə bilərsiniz.
Qeyd edək ki, maskanın istifadə müddəti 6 aydır.