Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yararsız nömrə ilə avtomobil idarə edilir - VİDEO

Yararsız nömrə ilə avtomobil idarə edilir - VİDEO

Tarix: 16 Avqust 2021 15:50

Dövlət nömrə nişanın rəqəmlər olan hissəsi yoxdu, lakin bu hal sürücünü narahat etmir. O, yoluna davam edir...

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunun bağlı görüntülər dünən Yevlax -Bərdə yolunda qeydə alınıb.

"Moskviç Kombi" markalı avtomobilin dövlət nömrə nişanı tamamilə yararsız vəziyyətdə olsa da, sürücü buna məhəl qoymadan hərəkətə davam edib.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sürücülər cərimələrdən yayınmaq üçün bu cür üsullardan istifadə edirlər. Həmin nəqliyyat vasitələri hər hansı qayda pozuntusuna yol verdikdə və ya qəza törədib qaçdıqda onları aşkarlamaq mümkün olmur.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, idarə edilən hər bir avtomobilin dövlət qeydiyyat nişanı  mövcud standartlara  cavab verməlidir. Sürücülər dövlət qeydiyyat nişanlarının  istifadəyə yararlığına nəzarət etməlidirlər.

Araz Əsgərli onu da qeyd edib ki, nömrə yararsız hala düşübsə, bununla bağlı  sürücülər qeydiyyatda olduqları ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin imtahan qeydiyyat şöbələrinə yaxınlaşmaqla yeni nömrə əldə edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Yararsız nömrə ilə avtomobil idarə edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ