Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 22:18
Türkiyə paytaxtındakı Ankara ikinci Mütəşəkkil Sənaye Parkında 26 yeni fabrik və infrastrukturun açılış mərasimi olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışında Türkiyənin sənaye və ixracatındakı yüksəlişlərdən bəhs edib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, ümumilikdə 1 milyard 600 milyon türk lirəsi məbləğində sərmayə qarşılığında istifadəyə verilən bu fabriklərdə 1670 şəxs iş yeri ilə təmin olunacaq. Bu fabriklərin qurulması yeni növ koronavirus infeksiyası meydana çıxandan bəri Türkiyə iqtisadiyyatının müflis olacağı ilə bağlı danışanlara ən tutarlı cavabdır.