Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əfqanıstandan çıxmaq doğru qərar idi” - Bayden

“Əfqanıstandan çıxmaq doğru qərar idi” -  Bayden

Tarix: 17 Avqust 2021 08:08

"Əfqanıstandan ayrılma qərarı doğru idi".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində deyib.

"Əfqan təhlükəsizlik qüvvələrinin öz ölkələri üçün mübarizə aparmadığı bir mühitdə ABŞ əsgərləri də mübarizə aparmayacaq və mübarizə aparmamalıdır.

Təxliyyə əməliyyatına müdaxilə edəcəyi, ya da ABŞ əsgərlərinə hücum edəcəyi halda sərt və sürətli bir şəkildə qarşılıq verəcəyimizi Talibana bildirmişik", - Prezident qeyd edib.

"Əfqan müharibəsini görən dördüncü prezidentəm və bunu bir sonrakı prezidentə ötürməyəcəyəm. Əfqanıstanın siyasi liderləri öz xalqları üçün bir araya gəlməyi və ölkələrinin gələcəyi üçün müzakirə aparmağı bacarmadı".


Etiketlər:  Əfqanıstandan çıxmaq doğru qərar Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ