Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı

20 illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı

Tarix: 18 Avqust 2021 09:38

Avqustun 31-də ABŞ hərbçilərinin Kabil hava limanını tərk etməsilə başa çatacaq 20 illik Əfqanıstan müharibəsinin insan itkiləri açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, savaşda bugünədək bütün tərəflərdən 172 mindən çox şəxs həyatını itirib.

Bunlardan 2448 nəfəri ABŞ hərbçiləri, 3846 nəfəri ABŞ üçün çalışan əfqan səlahiyyətliləridir.

Həmçinin, hərbi əməliyyatların gedişində 47 245 yerli mülki şəxs, 66 minə yaxın Əfqanıstan ordusu qüvvələri, 51 191 nəfər "Taliban" və digər qruplaşmaların üzvləri, 1 144 NATO əsgəri və 72 jurnalist həlak olub.

Milli.Az


Etiketlər:  illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ