Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan birdəfəlik darmadağın ediləcək. Odur ki... - Felgenhauer

Ermənistan birdəfəlik darmadağın ediləcək. Odur ki... - Felgenhauer

Tarix: 19 Avqust 2021 00:32

Ermənistan xarici dövlətlərin müdaxiləsindən müəyyən dividendlər əldə etməyə ümid edir. Bu, çox axmaq və həddən artıq təhlükəli siyasətdir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

"Azərbaycanla sülh sazişi imzalamaq Ermənistan kimi bir dövlət üçün qeyri-mümkün görünür. Biz indi də bu dövlətdə müharibə istəyənlərin sayının çox olduğunu görə bilərik. Lakin hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, erməni tərəfinin qələbə qazanmaq üçün heç bir şansı olmayacaq və Ermənistan sadəcə, birdəfəlik darmadağın ediləcək. Odur ki, İrəvanın Azərbaycanla gərginliyi saxlamaq cəhdlərinə yeganə izahat böyük dövlətlərin müdaxilə edəcəkləri, vəziyyəti düzəltməyə kömək edəcəkləri ilə bağlıdır. İrəvan anlamır ki, fövqəldövlətlərin özlərinin problemləri özlərinə bəsdir. Heç kim İrəvana dəstək olmayacaq. Məhz buna görə də onlar fövqəldövlət adlanırlar", - deyə ekspert qeyd edib.


Etiketlər:  Ermənistan birdəfəlik darmadağın ediləcək Odur Felgenhauer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ