Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Tarix: 15 Avqust 2019 17:24

Bakı. Trend:

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır.

Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir:

"Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilmişdir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN Azərbaycanın Cəmmu Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır


RƏYLƏR