Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimovlar ailəsinin acınacaqlı vəziyyəti - VİDEO

İbrahimovlar ailəsinin acınacaqlı vəziyyəti - VİDEO

Tarix: 23 Avqust 2021 12:18

Sosial şəbəkələrdə Göyçay rayonunun Bığır kəndində acınacaqlı vəziyyətdə yaşayan uşaqlarla bağlı məlumat və fotolar yayılıb. Qeyd edilib ki, uşaqların atası ikinci qrup əlil Kamil İbrahimovun aldığı pensiya özünün müalicə xərclərini qarşılamağa belə kifayət etmir.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, fotoların birində uşaqların cırıq paltarda olduqları da aydın görünür.

Çəkiliş qrupumuz şəkillərin izi ilə sözügedən kəndə yollanıb. Məlum olub ki, Bığır kəndində yaşayan ailə üçün hazırda insanların köməyi ilə kiçik bir ev tikilib. Ailənin başçısı Kamil İbrahimov 2-ci qrup əlil olduğundan iş görə bilmir.

Ailənin yeni paltar almağa imkanı olmadığı üçün uşaqları qonşuların verdiyi geyimlərdən istifadə edirlər.

İbrahimovlar ailəsinin problemi ilə bağlı kənd icra nümayəndəliyindən münasibət bildirilib. Qeyd edilib ki, onlar ailəyə dəstək göstərilməsi üçün imkanlı şəxlərə müraciət ediblər.

Dövlət Sosial Müdafiə Fondundan isə qeyd edilib ki, Kamil İbrahimovun müraciəti əsasında ailəsi ziyarət olunub və sosial təminat hüquqları müəyyən edilib. Hər hansı ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun olub-olmamasına baxılması üçün həmin ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği hesablanmalıdır. Bunun üçün də ailənin yaşadığı evin kommunal xidmətlər üzrə sayğaclarının olması əsas şərtlərdən biridir. Məlum olub ki, Kamil İbrahimovun ailəsinin yaşadığı evdə elektrik sayğacı yoxdur. Sayğac quraşdırıldıqdan sonra vətəndaş müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququnun yaranıb-yaranmayacağına baxılacaq. Fonddan həmçinin bildirilib ki, bu barədə ailəyə məlumat verilib. Ailə sayğacın quraşdırılması üçün artıq aidiyyəti üzrə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  İbrahimovlar ailəsinin acınacaqlı vəziyyəti VİDEO


RƏYLƏR