Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Talibanı tanıyacaq?

İran Talibanı tanıyacaq?

Tarix: 23 Avqust 2021 21:28

"İran Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir və bütün tərəflərlə təmasdadır".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, hazırkı mərhələdə Talibanı rəsmən tanımayacaqlar:

"Əfqanlar arasındakı sülh görüşlərinə töhfə verməyə hazırıq. Bütün tərəfləri şiddətdən qaçmağa, sabitlik və sülhə doğru irəliləməyə, Əfqanıstanın demoqrafik və etnik quruluşunu əks etdirən şəffaf bir hökumət qurmaq üçün bu fürsəti dəyərləndirməyə çağırırıq.

İndi Talibanı tanımaq mərhələsində deyilik. Əfqanıstanın gələcəkdəki hökumətinə qərar vermək üçün hələlik çox tezdir. Əfqan xalqının canını, malını və namusunu qorumaq, müxtəlif əfqan qrupları arasında əhatəli bir dialoq aparmaq, bu ölkədə əhatəli bir hökumətin qurulması hazırkı prioritetimizdir".


Etiketlər:  İran Talibanı tanıyacaq


RƏYLƏR