Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağ Ev: ABŞ hər gün ''Taliban''la danışıqlar aparır

Ağ Ev: ABŞ hər gün ''Taliban''la danışıqlar aparır

Tarix: 24 Avqust 2021 08:54

ABŞ "Taliban" hərəkatı ilə hər gün hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan deyib.

"Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə "Taliban"la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələrin qorunması üçün təfərrüatlara getmək istəməzdim", - deyə Sallivan Ağ Evdəki brifinqdə bildirib.

O, əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar amerikalıların, onların yerli sakinlərdən olan müttəfiqlərinin və üçüncü ölkə vətəndaşlarının 31 avqusta qədər təxliyəsini başa çatdırmaq imkanına malikdir.


Etiketlər:  ABŞ hər gün Talibanla danışıqlar aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ