Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürülməsini təklif edib

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürülməsini təklif edib

Tarix: 16 Avqust 2019 09:00

Bakı. Trend:

İndoneziya prezidenti Joko Vidodo parlamentin qarşısında ölkənin paytaxtını Cakartadan Kalimantan adasına (Borneo) köçürülməsi ilə bağlı rəsmi təkliflə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə J.Vidodo ölkənin müstəqilliyinin 74-ci ildönümünə həsr olunmuş nitqdə deyib.

İndoneziya prezidenti deyib: "Sizdən milli paytaxtını Kalimantan (adasına) köçürmək üçün icazə istəyərəm".

Eyni zamanda, İndoneziya lideri hansı şəhərin respublikanın paytaxtı olacağını hələki açıqlamaqdan imtina edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürülməsini təklif edib


RƏYLƏR