Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 08:08
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Əfqanıstanda olan Birləşmiş Krallıq vətəndaşlarına Kabil hava limanına getməkdən çəkinmələri, artıq orada olan britaniyalılara isə başqa yerə getmələri ilə bağlı müraciət edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bununla bağlı sənəd nazirliyin saytında yerləşdirilib.
"Əfqanıstanda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Əfqanıstan paytaxtının hava limanında terror hücumu riski yüksəkdir", - məlumatda belə deyilir.
Nazirlik hazırda Əfqanıstandan heç bir kommersiya uçuşunun həyata keçirilmədiyini qeyd edib və ölkəni təhlükəsiz şəkildə tərk etmək imkanı olanları bunu dərhal həyata keçirməyə çağırıb.
Qeyd edək ki, bundan bir qədər əvvəl "Taliban" Əfqanıstan vətəndaşları üçün hava limanına girişi bağladığını bildirib.