Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 22:12
Google ilə Epic Games arasında davam edən məhkəmə prosesi çərçivəsində Epic Games şirkətinin təmsilçiləri bildiriblər ki, Google Android tətbiqlər bazarında ədalətsiz oyun aparıb. Onlar bildiriblər ki, Google smartfon istehsalçılarına ödəniş edib ki, onlar kənar tətbiq platformalarından imtina edərək Google servislərini seçsinlər. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən Google 2019-cu ildə smartfon istehsalçıları üçün Premier Device Program adlı proqramı işə salmışdı. Məlumata əsasən Google smartfon istehsalçılarına Google Play-dən başqa heç bir digər platformanı seçməməyi təklif etmişdi.
Bunun müqabilində isə həmin smartfon istehsalçıları Google ilə əməkdaşlıq nəticəsində böyük gəlirlər generasiya edəcəkdilər. Məlumatda qeyd edilib ki, Google özünün Google Search bölməsindən olan gəlirin 12%-ni smartfon istehsalçılarına təklif edibmiş. LG ilə Motorola şirkətləri ümumiyyətlə unikal şərtlər əldə etmişdilər. Belə ki, istifadəçilərin Google Play daxilindəki alış-verişlərindən 3-6%-i bu şirkətlərə ötürüləcəkdi. Nəticədə Motorola smartfonlarının 98%-i, LG smartfonlarının isə 95%-i Google Play mağazasına sahib olublar.
Microsoft Siri-nin yaradılmasında rol oynamış Nuance adlı şirkəti 19.7 milyard dollara alıb
Bənzər xəbər
Microsoft Siri-nin yaradılmasında rol oynamış Nuance adlı şirkəti 19.7 milyard dollara alıb
Eyni şərtlər altında OPPO, Vivo və OnePlus smartfonlarının göstəriciləri 70%, Sony smartfonlarının göstəriciləri 50%, Xiaomi smartfonlarının göstəriciləri isə 40% təşkil edib. Bununla belə Premier Device Program proqramı ictimai şəkildə təqdim olunmayıb. Bu proqram barəsində ilk məlumatlar məhz Google ilə Epic Games arasındakı məhkəmə prosesi çərçivəsində ortaya çıxıb. Epic Games iddia edir ki, məhz bu proqram sayəsində Google şirkəti öz mağazasının yüksək göstəricilərini əldə edə bilib. Google təmsilçiləri Epic Games-in ittihamlarına hələ cavab verməyib.