Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 23:46
"Taliban" Kabil hava limanındakı vəziyyətə nəzarət etmir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabihulla Mücahid deyib.
"Təəssüf ki, Kabil hava limanı "Taliban"ın nəzarətindən kənar qalıb", - deyə Mücahid hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi ilə bağlı suala cavabında deyib.
Xatırladaq ki, Kabil hava limanında gün ərzində 3 partlayış törədilib. İlk iki partlayışda 60 nəfər ölüb, 150 nəfər yaralanıb.