Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 20:10
"Şuşadan çıxanda atam da, anam da yaralandı. Atam 3 il yataq xəstəsi oldu, Birinci Qarabağ müharibəsi əlili idi. Mənim üçün Şuşanın dəyəri başqadır. Hələ getməmişəm. İstəyirəm övladlarımla birlikdə gedim".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Salami şou"da qonaq olarkən deyib. Sənətçi Şuşa işğaldan azad edildikdən sonra ora gedib-getməməsi ilə bağlı sualı cavablandırıb.
Xuraman valideynlərə məsləhət də verib:
"Şuşanın alınmasını eşidəndə çox ağladım. Uşaqların yanında ağlamıram. Valideynlərə məsləhət görürəm ağlamasınlar. Bu uşağın özgüvənini azaldır. Amma həmin an göz yaşımı saxlaya bilmədim".
Bir vaxtlar sürətli avtomobil idarə etməsiylə tanınan ifaçı "Övladlarım doğulandan sonra sürətlə sürmürəm. Atasız, anasız böyüdüm. İstəmərəm uşaqlarım da eyni halı yaşasın" deyə, o, bildirib.