Tarix: 16 Avqust 2019 13:52
"Əgər "Neftçi" erkən qol vursaydı, əlbəttə, oyun başqa məcrada gedərdi. Bizim üçün çətin olardı. İlk qol çox vacib idi, bizə böyük üstünlük verdi".
Qol.az xəbər verir ki, bu sözləri "Bney Yehuda"nın futbolçusu Dor Yan Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə cavab oyunundan (2:1) sonra deyib.
İsrailli hücumçu ölkəsinin mətbuatına açıqlamasında "Neftçi"ni yaxşı analiz etdikləri üçün üstələdiklərini bildirib: "Neftçi" kimi ciddi rəqibə qarşı bizi yaxşı hazırladığı üçün məşqçilərimizə təşəkkür edirəm. Rəqibimizin zəif və güclü tərəflərini bilirdik. Buna görə də düşündüklərimizi meydanda həyata keçirə bildik.
Əlbəttə, ki, xoşbəxtik. Ancaq eyforiyada deyilik. Qarşıda "Malmö" var. Bu komanda "Neftçi"dən güclüdür".