Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 14:25
Domeniko Dolçe və Stefano Qabbana markalarının yeni kolleksiyasının Venesiyada keçirilən təqdimatında bir çox məşhuru bir araya gətiriblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə Cennifer Lopez, Şahzadə Diananın qardaşı qızı Kitti Spenser, Monika Belluççi, Anna Vintur, Rusiyanın Xalq artisti Filipp Kirkorov və başqaları iştirak edib.
Kirkorov instaqramda CeyLo ilə fotosunu paylaşaraq moda sahəsinin ən yaxşılarının onlar olduğunu bildirib.
Qeyd edək ki, Filipp Kirkorov "Dolce & Gabbana" markasının pərəstişkarıdır. Sənətçi uzun müddətdir, italyan moda evi ilə əməkdaşlıq edir və dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana ilə də dostdur.