Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 03:35
Əməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.
Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib.
52 yaşlı ifaçı COVID-19-u ciddiyə almadığını, bu səbəbdən çətin günlər keçirdiyini bildirib:
"16 gün evdə qaldım, koronavirusdan əziyyət çəkərək yatdım. Hamı kimi məndən də yan keçmədi. Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım. Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar".