Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 22:04
Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Təşkilatının (Roskomnadzor) Twitter, Facebook və WhatsApp -a qarşı qaldırdığı iddialara paytaxt Moskvadakı Taganskiy Məhkəməsində baxılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Rusiyada şəxsi məlumatların qorunması haqqında qanunun pozulması səbəbindən qanunvericiliyin yerinə yetirilməməsinə qərar verən məhkəmə, sözügedən şirkətləri ümumilikdə 36 milyon rubl məbləğində cərimələyib.
Rusiya qanunlarına görə, Twitter, Facebook və WhatsApp kimi böyük internet şirkətləri Rusiyada istifadəçi məlumatlarını saxlamalıdır.
Oxşar pozuntulara görə LinkedIn 2016 -cı ildə ölkədə qadağan edilmişdi.