Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 02:02
Krasnoyarskda məktəbli qızın açıq-saçıq fotoşəkillərinin yayılması ilə bağlı əhvalat böyük qalmaqala səbəb olub. Hətta məsələ şəxsən Rusiya İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastryıkinin nəzarəti altındadır.
Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, o ərazi istintaq orqanlarının rəhbərlərinə azyaşlı ilə bağlı hadisəni araşdırmağı tapşırıb. Xatırladaq ki, rayon mərkəzinin sakini fərdi sahibkar kimi qeydiyyatdan keçdikdən sonra 13 yaşlı qızını videoya çəkib, onu sosial şəbəkələrdə yerləşdirib. Bildirib ki, qızını model olaraq hazırlayır, indidən onu böyük moda dünyasına tanıdır. Ancaq qadını erotik və pornoqrafik məzmunlu şəkillər yaymaqda ittiham ediblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq çərçivəsində məhkəmə ekspertizası təyin edilib. Maraqlıdır ki, qadın icazə verilən xətti keçmədiyini sübut edə bilib. Bəlkə də belədir, amma daha yaxından araşdırıldıqda məktəbli qızın şəkillərinin intim xarakteri daşıdığını görmək mümkündür.
Kamran Seyidov