Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı sülhməramlılar məşhur əfqanıstanlı sənətçini xilas edib - VİDEO

Azərbaycanlı sülhməramlılar məşhur əfqanıstanlı sənətçini xilas edib - VİDEO

Tarix: 1 Sentyabr 2021 13:04

Azərbaycanlı sülhməramlılar özbək əsilli məşhur əfqanıstanlı sənətçi Sayed Kəbir Kamal və ailəsini xilas ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Sayed Kəbir Kamal "Xəzər Xəbər"ə açıqlamasında danışıb.

O bildirib ki, "Taliban" silahlıları Kabil şəhərini ələ keçirdikdən sonra ölkədən çıxmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, taliblər müsiqiyə qarşı olduğu üçün ailəsi ilə birlikdə hava limanına üz tutub.

Sayed Kəbir Kamal deyib ki, Kabil hava limanına daxil olarkən ailəsi ilə birgə əsgərlər tərəfə qaçıb. Sənətçi hava limanında azərbaycanlı əsgərlərin olmasından xəbərsiz olub. O, əsgərlərə ingilis dilində müraciət edərkən qarşısındakıların Azərbaycan və Türkiyə hərbçilərinin olduğunu bilib və onlardan kömək istəyib.

Sayed Kəbir Kamal deyir ki, azərbaycanlı əsgərlər onu və ailəsini çətin vəziyyətdən xilas ediblər.

Əfqanıstandan çıxan sənətçi ailəsi ilə birlikdə Qətərin paytaxtı Doha şəhərindəki düşərgələrin birində yerləşib.

Qeyd edək ki, Kabil beynəlxalq hava limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları avqustun 27-də Vətənə qayıdıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:  

Milli.Az


Etiketlər:  Azərbaycanlı sülhməramlılar məşhur əfqanıstanlı sənətçini xilas edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ