Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 16:36
Ermənistanda dərc olunan "Hraparak" qəzeti yazır ki, artıq Xankəndində bir neçə müddətdir ki, elektrik enerjisi ilə təminatda ciddi problemlər yaşanır. Gün ərzində elektrik enerjisinin tamamilə kəsilməsi adi hal alıb, şəhər sakinləri qənaət etmək məqsədilə praktik olaraq gecələr elektrik enerjisini yandırmır. Halbuki, Şuşada işıqlar 7/24 yanır, bütün bunlara əlavə olaraq Xankəndi şəhərində su və telefon əlaqəsi problemi yaranıb.
Xankəndi sakinlərindən biri bildirib ki, "elektrik enerjisi yoxdur, su və hətta yemək belə çatmır və türklər (azərbaycanlılar) Şuşidə otururlar. Necə olur ki, onlar qısa müddət ərzində yollarını, işığını və suyunu düzəldə biliblər. Ancaq bizimki hökumət heç nə edə bilmir? Lənət olsun Nikola!"
Kamran Seyidov