Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boyun ağrılarından necə xilas olmaq olar?

Boyun ağrılarından necə xilas olmaq olar?

Tarix: 2 Sentyabr 2021 08:48

Yer kürəsində milyonlarla adam boyun ağrılarından əziyyət çəkir. Əksər hallarda boyun ağrıları xroniki hal alır və insanın həyat fəaliyyətinə ciddi zərər vurur.

Boyunda əmələ gələn ağrılar başladıqdan bir müddət sonra başa vurur və baş ağrıları ilə birlikdə müşayiət olunur. Bunun baş verməməsi üçün isə boyun ağrıları meydana çıxan zaman insanların əksəriyyəti müxtəlif ağrıkəsicilərdən istifadə edirlər.

Boyun ağrıları idman zamanı baş verən zədələrdən, əzələlərin deformasiyasından, fəqərələrin sürüşməsindən meydana gələ bilir. Boyun ağrıları ən çox 30-40 yaşdan sonra əmələ gəlir və ən çox fiziki aktivliyi az olan adamlarda baş verir. Artıq çəki və hərəkətsizlik də boyun ağrılarına səbəb ola bilir. Boyun ağrılarından xilas olmaq üçün aşağıdakılara əməl etməkdə fayda var.
* hər gün boyunu hərəkət etdirmək
* dərindən nəfəs almaq
* arıqlamaq
* D vitamini qəbul eləmək
* yoqa ilə məşğul olmaq
* qaynar və soyuq prosedurlar tətbiq etmək
* siqaretdən uzaq durmaq
* massaj müalicəsi
* pilateslə məşğul olmaq
* ağrının nə zaman çıxdığını araşdırıb tapmaq və həmin hərəkəti təkrarlamamaq
Boyun ağrıları oprqanizmə əzab verən ağrılardan hesab edilir. Bəzi üsullarla özünüz də boyun ağrılarınızı yüngülləşdirə və başlamamasına səbəb ola bilərsiniz:
* Yatanda boynunuzun düz durmasını təmin etmək.
* İsti duş alaraq boyun əzələlərinin rahatlaşmasını təmin etmək.
* Soyuq kompres qoymaq.
* Yatanda boyun nahiyəyə qaynar qrelka qoymaq.


Etiketlər:  Boyun ağrılarından necə xilas olmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ