Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndi də Haff xəstəliyi yayılır

İndi də Haff xəstəliyi yayılır

Tarix: 2 Sentyabr 2021 09:00

Braziliyanın Amazonas ştatında 50-dən çox insan Haff xəstəliyinə yoluxmaları ilə bağlı həkimə müraciət edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, xəstəliyin xarakterik simptomu sidiyin qaralmasıdır. Sözügedən xəstəliyə yoluxma avqustun 20-də aşkar edilib.

Artıq üçüncü belə hal baş verir. Sonuncu yoluxmada ölüm hadisəsi də qeydə alınıb.
Xəstələr simptomlar başlamazdan az əvvəl balıq yediklərini bildiriblər. Lakin səlahiyyətlilər hələ də balıq yeməyini dayandırmağı tövsiyə etməyiblər, çünki xəstəliyin digər mümkün səbəbləri istisna edilmir.


Etiketlər:  İndi Haff xəstəliyi yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ