Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 12:45
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı müğənni Amina (Əminə Şirinqızı) olub.
Sonxeber.net xəbər verir ki, müğənni uğursuz evliliklərindən söhbət açıb:
"Anam növbəti dəfə ailə qurmağıma qarşıdır. İlk dəfə ailə həyatı qurduğum adamı, Kazım Canı anam seçmişdi. Məni sevirdi, anam da ona dəstək oldu. Mənim ona qarşı hisslərim yox idi deyə bilmərəm, amma sevgi başqa şeydir. Sevgini 2-ci dəfə hiss edib, gördüm ki, əsl sevgi nə deməkdir. 2-ci yoldaşımdan boşanma səbəbim ağır mövzudur və bunun açıqlamasını heç vaxt, heç yerdə verə bilmərəm. 2-ci evliliyimin bitməsinə səbəb xəyanət də deyildi. İndi görün nə idi ki, mümkün deyil. Hətta mən övladıma görə ağıla gələn və gəlməyən hər şeyə razıyam. Dünyanın hər bir savabını etməyə və hər günahın altına girməyə də hazıram. Amma o insanla övladıma görə də olsa barışmaram. Ünsiyyətim yoxdur, övladımla görüşmür".