Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dahi Bülbülün Şuşadakı ev-muzeyi fəaliyyətdədir - VİDEO

Dahi Bülbülün Şuşadakı ev-muzeyi fəaliyyətdədir - VİDEO

Tarix: 2 Sentyabr 2021 15:44

Dahi Bülbülün ruhu şaddır. Azad Şuşada bu gün görkəmli ifaçının ev -muzeyi fəaliyyət göstərir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən dağıdılıb. Şuşa şəhərinin işğalı zamanı ev təmamilə yararsız hala salınıb.

Şuşa işğaldan azad olunandan sonra Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan,  vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynayan  Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi bərpa olunub. Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahənin ilkin görkəmi saxlanılıb.

Muzeydə Bülbülün elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən sənədlər yer alıb.

Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan binanın tarixi görkəmini qorumaqla yenisi ilə əvəz edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az


Etiketlər:  Dahi Bülbülün Şuşadakı ev muzeyi fəaliyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ