Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkinci əl tibbi maska bazarı - VİDEO

İkinci əl tibbi maska bazarı - VİDEO

Tarix: 3 Sentyabr 2021 14:12

Azərbaycan alıcıları tibbi maska alan zaman məhsulun ölkə daxilində istehsal olmasına əmin olmalıdırlar. Buna görə maskanın qablaşdırıldığı qutuları tələb etməli və onun üzərində müəssisənin rekvizitlərinin olduğuna əmin olmalıdırlar.

Əks halda, Çindən hansısa yollarla ölkəyə daxil olmuş ikinci əl maska almış olacaqlar. Artıq belə maskaların mövcudluğu dünyanın bir çox ölkəsində rəsmi səviyyədə keçirilmiş laboratoriya analizləri nəticəsində sübut olunub.

Məsələn, bu ilin yanvar ayında Rusiya prokurorluğu Çindən Moskvaya milyonlarla ikinci əl maskanın gətirilməsi ilə bağlı cinayət işi qaldırmışdı. Oxşar istintaq işləri dünyanın digər ölkələrində də başlamışdı.

Təxminən həmin aylarda Azərbaycanda da maskaların sifətdə allergiya yaratması, yaxud maskaları isti suya salan zaman məsamələrindən hansısa həşəratların çıxması barədə məlumatlar yayılmağa başladı. Bu məlumatlarda iddia edilirdi ki, Çindən gətirilən bu maskalar xəstəlik yayılması məqsədi ilə göndərilir. Digər iddia həmin maskaların Çindən gətirilmiş xammal əsasında ölkə daxilində istehsal edilməsi barədə idi.

Azərbaycanın ən iri maska zavodunun yaradıcısı, iş adamı, toxuculuq mütəxəssisi Səkinə Babayeva REAL TV-yə müsahibəsində bu cür iddialara dərhal reaksiya verildiyini bildirib. Araşdırma zamanı doğrudan da belə maskaların olması və onların ölkəyə kənardan gətirldiyi ortaya çıxıb.

Azərbaycanın ən iri maska zavodunun yaradıcısı, iş adamı, toxuculuq mütəxəssisi Səkinə Babayeva: "Həmin maskaların mənşələri araşdırıldı. Yerli maskalarda bunun heç birisi müəyyən edilmədi. Çünki xammal ehtiyatını Çindən gətirmək sərf etmir, Biz ancaq və ancaq Türkiyə Respublikasından gətiririk. Bu, bir neçə yoxlama testindən keçir. Tam qazla sterilzə olunmuş aparatlar var, biz bunları istehsal olunandan sonra bir dəfə bənövşəyi şüalarla, ikinci dəfə isə qaz kameralarında bunların hər birisi sterilizə olunduqdan sonra şəbəkələrə göndəririk. O üzdən də bunun yerli maskalar haqqında deyilməsi böyük bir günahdır".

İş adamının sözlərinə görə, həmin vaxt araşdırmalar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Müəyyən edilib ki, həmin maskalar hamısı xaricdən, xüsusilə də Çindən ikinci yumadan sonra gətirilib. Bu maskaların xüsusi rekvizitli qutularda deyil, iri plastik torbalarda gətirildiyi də aydın olub.

O da aydın olub ki, Azərbaycana 50 belə maskanın idxalı 1 manata başa gəlir. Bu, alverçilərə maskanı aptek şəbəkəsinə yerli istehsalçılar müqayisədə daha ucuz qiymətə daxil etməyə imkan yaradır. Yerli istehsalçılar aptek şəbəkəsinə bir maskanı 9-10 qəpikdən satırlar.

Bu yerli müəssisələrin inkişafına da problem yaradır. Səkinə Babayevanın Sumqayıt Kimya Sənaye Parkında yaratdığı müəssisə gün ərzində üç növbə işləyərək, gündə 450 min, ay ərzində isə orta hesabla 5 milyon maska istehsal edir. Müəssisə Azərbaycanda rəsmi maska satışlarının təxminən 70 faizin əhatə edir. Bazarın 30 faizi isə başqa iki müəssisə tərəfindən təmin edilir.

Sumqayıtdakı zavod öz işini istənilən fors-major hala hazır vəziyyətdə qurub. Yəni pandemiya ilə bağlı karantin sərtləşərsə və maskaya ehtiyac artarsa belə, zavod ölkəni təmin etməyə qadirdir. Çünki müəssisənin anbarında 2 milyon hazır maska saxlanılır və 10 milyon maska istehsalı üçün xammal ehtiyatı var. Ümumilikdə, Azərbaycanda olan maska istehsalı hazırkı tələbatı demək olar ki, ödəyir.
Ancaq Səkinə Babayevanın sözlərindən belə başa düşülür ki, aptek şəbəkəsinə qeyri-rəsmi yolla daxil olan maskalar rəsmi istehsal ediləndən daha çoxdur.

 "Bu real olaraq açılmış müəssisələrin statistikasıdır. Qeyri-şəffaf olaraq, gətirilb satılanların sayı bundan 3 dəfə artıqdır. Əlbəttə istehsal müəssisələrində biz çox istəridk ki, həm Nazirlər Kabineti, həm İqtisadiyyat Nazirliyi buna böyük diqqət versin. Ki, istehsal müəsisələri bu tələbatı ödəyirsə, həmin istehsal müəsislərində satışla bağlı. Bizim apteklər şəbəkəsi var. Üzüümüzü həmin apteklər şəbəkələroinə tutub deyiri ki, əgər biz xalqımızın sağlamlığın, eyni zamianla xaricdən gələn məhsulların güvənsiz olduğunu biliriksə, bunlar tam meltblaunlu maskalar deyillər, üçqatlı maskalardır. Ona görə aptek şəbəkələrinə üz tutub deyirik ki, topdan satıcılarla deyil, istehsal müəssisələri ilə əməkdaşlıqlarını qursunlar, təvəqqe edirik hətta".

Əslində, maskaların meltblaundan hazırlanması çox önəmlidir. Meltblaun xırla polipropilen saplardan qeyri-toxuma yolu ilə istehsal edilən materialdır. Havanı yaxşı ötürür, amma maye damlaları meltblaun təbəqəsindən keçə bilmir ki, bu da ona mikroblardan qoruma xüsusiyyəti verir. Buna görə, tibbi maskaların hazırlanmasında meltblaunun istifadəsi qaçılmazdır. Dünya Səhiyyə Təşkilatı pandemiya şəraitində viruslardan mühafizə üçün yalnız tibbi maskalardan, yəni meltblaunlu maskalardan istifadəni məsləhət görür.

Müəssisə yarandığı gündən yalnız meltblaunlu maskalar istehsal edib və buna görə ilk zamanlar xeyli zərər edib. Onda meltblaunun kilosu bazarda 50 dollar imiş və müəssisə təhlükəsizlik naminə 20 ton meltblaun tədarük edibmiş. Sonradan dünya bazarında meltblaunun kilosu 20 dollara düşüb. Ümumiyyətlə, Azərbaycanın özündə istehsal olunan tibbi maskalar Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə uyğundur. Amma Səkinə Babayevanın sözlərinə görə, xaricdən hansısa yollarla gətirilmiş maskalar isə tam fərqlidir.

"Sterilzə olunmamış maskalar gətirilir. Bunların hamısı müəyyən olundu ki, xarici bazardan Azərbaycana qeyri-rəsmi və ya karqo yolu ilə necəsə daxil olmuş yüklərdir. Onlar həm alergiya yaratması, içərisində qurdun olması, bunların hamısı Gigiyena Mərkəzinin ekspertləri tərəfindən müəyyən edildi".

MDB mətbuatında dərc olunan materiallardan aydın olunur ki, həmin maskalar Çinin iri müəssisələrində istifadədən sonra utilizasiya üçün yığılır və daha sonra qeyri-rəsmi qaydada kimyəvi təmizləməyə verilərək ucuz qiymətlərlə ölkədən çıxarılır. Çinin iri zavodlarında bir növbəyə minlərlə adamın işə çıxdığı və hər gün minlərlə maskanın utilizasiya edildiyi nəzərə alınarsa, işbazların bu qanunsuz fəaliyyətdə böyük gəlirlər əldə etdiyi aydın olur. Özü də onların hədəfində təkcə Azərbaycan dayanmır.

"Müxtəlif proseslər keçəndən sonra bunların hər biri digər ölkələrə göndərilir. Bunlar da tək bizə deyil, dünyanın bir çox ölkələrinə, hətta Almaniyanın özünə belə Çindən gələn maskaların buraxılması belə qəti qadağan qoyuldu. Hətta Fransanın özünə . Çox təəssüf edirəm ki, Azərbaycan bazarına Çin maskaları gəlir. Bu strateci bir məhzsuldur".

İş adamı hökuməti bu məsələ ilə bağlı proteksionist siyasət yürütməyə çağırıb. Çünki bu məsələdə daxili bazarın qorunması yalnız iqtisadi tərəfdən faydalı olmaqla, yerli müəssisələrin rentabelli işləməsi ilə qalmayacaq, həm də insanların sağlamlığını qoruyan addım olacaq.

Milli.Az


Etiketlər:  İkinci əl tibbi maska bazarı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ