Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyanın Baş naziri Şengen ölkələri sırasına 4 ölkənin də əlavə olunması barədə çağırış edib

Çexiyanın Baş naziri Şengen ölkələri sırasına 4 ölkənin də əlavə olunması barədə çağırış edib

Tarix: 3 Sentyabr 2021 21:26

Çexiya Baş naziri Andrey Babiş Şengen ölkələri sırasına Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın da əlavə olunması barədə çağırış edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, A.Babişin sözlərinə görə, bu baş versə Balkan yarımadası ölkələrinin yardımı Avropa İttifaqının qanunsuz miqrasiya ilə mübarizə üçün aydın strategiyası olacaq. O qeyd edib ki, Avropa qeyri-qanuni miqrasiyadan qorunmalıdır. "2015-ci ildə Şengen bölgəsi effektivliyini nümayiş etdirməyib. Macarıstan o vaxt təsirli olduğunu sübut edən yeganə ölkə idi", - deyə baş nazir bildirib.

Siyasətçi bu problemləri Sloveniyanın Bled şəhərində başlayan "Strateji Forum" adlı beynəlxalq siyasi elm konfransında qaldırıb.


Etiketlər:  Çexiyanın Baş naziri Şengen ölkələri sırasına ölkənin əlavə olunması barədə çağırış edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ