Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 16:08
Pəncşir əyalətinin Pəryan rayonu taliblərdən tamamilə təmizlənib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Pəncşirdəki müqavimət qüvvələrinin nümayəndəsi Fəhim Dəşti deyib.
Onun sözlərinə görə, minə yaxın terrorçu mühasiyərə alınıb:
"Terrorçuların bəziləri məhv edilib, bəziləri də ya mühasirədədir, ya da döyüşçülərimiz tərəfindən ələ keçirilib. Ələ keçirilənlərin əksəriyyəti əcnəbilər, xüsusilə Pakistandan olanlardır", - Dəşti bildirib.
Qeyd edək ki, dünən Taliban nümayəndəsi Bilal Kərimi taliblərin Pəryan rayonunu ələ keçirdiklərini bildirmişdi.