Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəddafinin oğlu həbsxanadan çıxdı, Türkiyəyə getdi

Qəddafinin oğlu həbsxanadan çıxdı, Türkiyəyə getdi

Tarix: 6 Sentyabr 2021 11:16

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.

Milli.Az APA-ya istinadən bildirir ki, Ədliyyə Nazirliyindəki mənbə "Agence France-Presse"ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.

Milli.Az


Etiketlər:  Qəddafinin oğlu həbsxanadan çıxdı Türkiyəyə getdi


RƏYLƏR