Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 21:32
İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, turun son matçında "Mançester Yunayted" və "Çelsi" klubları üz-üzə gəliblər. Çempionlar Liqasına vəsiqə baxımından önəm daşıyan görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər meydanı sülhlə tərk ediblər.
28 aprel
"Mançester Yunayted" - "Çelsi" - 1:1
Qollar: X. Mata, 11 (1:0), M. Alonso, 43 (1:1)
Qeyd edək ki, bu nəticədən sonra "Çelsi" 68 xalla 4-cü, "Mançester Yunayted" isə 65 xalla 6-cıdır. Turnir cədvəlinə isə 92 xalla "Mançester Siti" başçılıq edir. İkinci pillədəki "Liverpul"un 91, 3-cü sıradakı "Tottenhem"in isə 70 xalı var.