Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 21:32
Əmək Gününə həsr olunan istirahət günləri ABŞ-da bir çoxları üçün yayın bitməsinin rəmzidir. Federal bayram hesab edilən Əmək Günü adətən qonaqlıqlar, küçə paradları və müxtəlif tədbirlərlə qeyd olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bayram hər il sentyabrın birinci bazar ertəsi qeyd edilir. Bəzi ehtimallara görə, bayramın əsası Amerika Əmək Federasiyasının həmtəsisçisi Piter Ceyms MakQuayr tərəfindən qoyulub. Digər ehtimallara görə isə bayramı Mərkəzi Həmkarlar Komitəsinin katibi Metyu Maquayr təsis edib. Bayramın keçirilməsini birinci olaraq o təklif edib. Əmək Gününün təsis edilməsi barədə qanunu 1894-cü il iyunun 28-də ABŞ-ın 22-ci Prezidenti Qrover Klivlend imzalayıb. Əmək Günü amerikalı fəhlələrin bugünkü bütün imtiyazlara - istirahət günləri, ödənişli məzuniyyət və digər güzəştlərə nail olmaqdan ötrü ölkənin inkişafı prosesinə töhfəsini simvolizə edir.
Son iki ildə Əmək Gününə xüsusi əhəmiyyət verilir. Çünki Amerika koronavirus infeksiyası ilə bağlı pandemiya müddətində ölkənin güclü qalmasına kömək edən səhiyyə sahəsində çalışan minlərlə cəsur mütəxəssisin və əsas peşə işçilərinin əməyini qeyd edir.