Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 12:02
İngiltərədə çimərliklərdən birində utancverici anlar yaşanıb. Yüzlərlə insan sahildə olarkən suya qaçan qız onu dənizə çəkən şəxs tərəfindən təcavüzə məruz qalıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, iddiaya görə, qızın zorlandığını görənlər sadəcə prosesi izləyiblər.
15 yaşlı qız 17 yaşlı tərəfindən zorlanıb. Yalnız qızın rəfiqəsinin gəlişi ilə oranı tərk etməli olub. Hadisədən sonra polisə ifadə verən gənc qız, "topu sudan çıxarmaq üçün suya getdim. Məni zorla içəri çəkdi. Qarnım suda olanda təcavüz etməyə başladı. Heç kim mənə kömək etmədi. Gəlmədi. Dostum bizə yaxınlaşanda məni buraxmalı oldu. Təcavüzdən sonra özümü çox pis hiss etdim. Amma məni izləməyə davam etdi. Hətta telefonumu da istədi" deyə qız bildirib.
Kamran Seyidov