Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fermerlərə subsidiyalar bu əsas üzrə veriləcək - YENİ QAYDALAR - VİDEO

Fermerlərə subsidiyalar bu əsas üzrə veriləcək - YENİ QAYDALAR - VİDEO

Tarix: 8 Sentyabr 2021 14:40

Bəzi sahələr üzrə subsidiyaların verilməsində dəyişiklik edilib. Beləki, artıq pambıq, tütün və şəkər çuğunduruna görə əkin subsidiyası verilməyəcək. Subsidiyanın hansı sahələrə verilməsi və bununla bağlı olan dəyişikliklərlə növbəti süjetimizdə tanış olacaqsınız.

Subsidiyaların verilməsi ilə bağlı qərar dəyişib. Belə ki, artıq bəzi sahələr üzrə ikili subsidiyalar ləğv olunub. Məsələn, fermerlərə əkin subdiyasının verilməsi dayandırılacaq. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyir ki, əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. İndi isə yalnız məhsul subsidiyası ayrılacaq.

Vüqar Hüseynovun sözlərinə görə əgər keçən il hər 10 hektardan artıq torpaq sahəsi olan fermər hər 5 hektara görə torpağın aqrokimyəvi analizini verməli ididlər. Artıq bu qaydalarda da dəyişikliklər var. Aqrar Tədqiqatlar mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, bu analizlərin tələb edilməsinin başlıca səbəbi fermerlərin əkdikləri sahələrdən istədikləri məhsulu götürmələridir.

Qeyd edək ki, subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə torpaq analizi verəcəklər.

Ətraflı Xəzər TV-nin süjetində:


Etiketlər:  Fermerlərə subsidiyalar əsas üzrə veriləcək YENİ QAYDALAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ