Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2019 12:08
Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub.
Qol.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitan ölkə çempionatlarında 300-cü oyununu keçirib. “Qəbələ” ilə səfər matçında yubiley qeyd edən təcrübəli müdafiəçi bu müddətdə 8 qol vurub. Karyerasına 2005/2006 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 dəfə fərqlənib. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 qola imza atıb. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Vurğun Hüseynov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçudur.