Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətənə müxalif olanlar - erməni səsi ilə danışan kimlərdir?

Vətənə müxalif olanlar - erməni səsi ilə danışan kimlərdir?

Tarix: 9 Sentyabr 2021 16:38

30 ilə yaxın hakimiyyəti işğal olunmuş əraziləri azad etmək iqtidarında olmamaqda ittiham edən radikallar 44 günlük Vətən müharibəsindən sonra da bu həssas mövzu ətrafında spekulyasiyalara yol verməkdədir. Özü də maraqlıdır ki, yerli müxalifət nümayəndələrinin səsləndirdikləri bəyanatlar çox vaxt onların erməni həmkarlarının səsləndirdiyi fikirlərlə üst-üstə düşür.  Bu da sözsüz ki, hər iksinin vahid mərkəzdən idarə olunması anlamına gəlir. Hər iksinin maliyyəşdirildiyi qüvvələrin onların qarşısına qoyduğu tələb eynidir.

Yəni, onlar da bildirir ki, "müharibə bitməyib, torpaqlar azad olunmayıb", bizim müxalifət də. Əldə olunan qələbəyə kölgə salmağa çalışan radikalları ermənilərlə sanki danışırmış kimi eyni mövqe nümayiş etdirirlər. Daha çox da sosial şəbəkələrdən hakimiyyətin ünvanına tənqid və təhqirlər yağdırır. Müxalifətimizin şübhəsiz ki, belə canfəşanlığının səbəbləri var. İnsanların diqqəti işğaldan azad olunan ərazilərdə aparılan quruculuq və bərpa işlərinədir. Müxalifətin sosial şəbəkələrdə gecə-gündüz səsləndirdikləri iftira dolu çıxışlara baxış sayında da bunu görmək olar.  Radikalların növbəti canfəşanlığı mövcud olmayan və 44 gün ərzində darmadağın edilmiş "Artsaxın müstəqilliyi günü" ərəfəsində də görmək mümkün oldu. Məlum qüvvələr bütün diqqəti bu mövzuya yönəltməyə çalışsalar da, istədikləri effekti ala bilmədilər.

Amma göründüyü kimi, əvvəlki illərdə Yerevandan və xaricdən gələn "qonaqların" iştirakı ilə keçirilən "genişmiqyaslı bayram tədbirləri" bu il baş tutmadı.  Bəs bu istiqamətdə qaldırılmış lazımsız səs-küy nəyə xidmət edirdi? Rusiyada saytda "Dağlıq Qarabağ Respublikası" ifadəsinin yer alması ilə bağlı, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin, az qala, "birdəfəlik itirilməsi" təsəvvürü yaratmağa çalışdılar. Bu gün o ifadə saytdan çıxarıldı və bu səs-küyün də əhəmiyyətsiz olduğu bir daha təsdiqləndi.

Bütün bunlar göstərir ki, radikal müxalifət hələ də 44 günlük müharibədən sonra yaranmış reallığı dərk etmir və bu yanaşmada erməni revanşistlərindən fərqlənmir - hər iki siyasi qüvvə "Qarabağ kartı" kimi həssas mövzudan istifadə edərək gündəmdə qalmağa cəhd edir, radikallar ya prosesləri doğru analiz etmirlər, baş verənlərdən nəticə çıxarmırlar, məsələnin mahiyyətini dərk etmək qabiliyyətində deyillər, nə baş verdiyini anlamırlar və on illiklər boyu olduğu kimi, hələ də boş hay-küy və isterika ilə hərəkət edirlər, ya da ki bilərəkdən Azərbaycan dövlətini və xalqını hədəf götürüblər.

Sözsüz ki, 1992-93-cü ildə dövləti də bu cür isterika ilə "idarə edib" ölkəni xaos içində qoyub qaçanlar, bu gün Azərbaycanın regiondakı yerini və rolunu qəbul etmək istəmirlər. Anlamırlar ki,  Azərbaycan 1992-93-cü illərin məğlub ölkəsi yox, qalib dövlətdir və qarşıya çıxan maneələri hay-küy və isterik çığırtı ilə deyil, ağıl, səbir, təmkinlə, öz gücünə həll edir.

Kamran Seyidov


Etiketlər:  Vətənə müxalif olanlar erməni səsi ilə danışan kimlərdir


RƏYLƏR