Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur serialın fanatları “girov” götürüldü - VİDEO

Məşhur serialın fanatları “girov” götürüldü - VİDEO

Tarix: 9 Sentyabr 2021 18:40

İspaniya istehsalı olan "La Casa de Papel"in beşinci və son sezonunun ilk beş bölümünü izləyicilərə təqdim edən "Netflix" platforması spoyler (əvvəlcədən reklam -red.)  təhdidinə qarşı serialın ruhuna uyğun bir addım atıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, platforma seriala baxıb ssenarini əvvəlcədən sosial şəbəkələrdə yayan 100 izləyicini müəyyənləşdirərək Madridə dəvət edib.

Təyyarəyə daxil olan qonaqlar anidən filmin baş qəhrəmanı olan professorun səsini eşidiblər. Bu zaman onların girov götürüldükləri bildirilib.

Təşvişə düşən serial izləyicilərinə spoylerin qarşısını almaq üçün belə addım atdıqlarını qeyd ediblər. 

Beş saat havada qalan sərnişinlərə layihənin yeni bölümləri təqdim olunub. Beləliklə, uçuş rejimi sayəsində "La Casa de Papel" fanatlarının sosial mediada spoyler yerləşdirməsinin qarşısı alınıb.


Etiketlər:  Məşhur serialın fanatları girov götürüldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ