Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Google'' Əfqanıstan hökumətinin hesablarını bağlayıb

''Google'' Əfqanıstan hökumətinin hesablarını bağlayıb

Tarix: 11 Sentyabr 2021 08:28

"Google" şirkəti məlumat bazalarını "Taliban"dan qorumaq üçün Əfqanıstan hökuməti üzvlərinin bəzi elektron poçt hesablarını müvəqqəti olaraq blok edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, təxminən 20 Əfqanıstan hökumət qurumları rəsmi elektron poçt ünvanlarına baxmaq üçün "Google" serverlərindən istifadə edib. Bunların arasında maliyyə, sənaye, təhsil və mədən sənayəsi nazirlikləri var. Əfqanıstan Prezident Aparatı da "Google" xidmətlərindən istifadə edib.

Bildirilib ki, hökumət məlumat bazaları və e-poçtlar "Taliban"a keçmiş administrasiyanın işçiləri, keçmiş nazirlər, hökumət podratçıları, müttəfiqləri və Əfqanıstanın xarici tərəfdaşları haqqında məlumat verə bilər.


Etiketlər:  Google Əfqanıstan hökumətinin hesablarını bağlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ