Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2021 23:34
Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri vergiödəyicilərindən bir neçə formada tutulur.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi məbləğləri əsas etibarı ilə bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) və eləcə də bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergiödəyicisi tərəfindən verginin ödənilməsi) hesablanaraq tutulur.