Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 11:10
"Pfizer" ilə birgə koronavirus peyvəndi istehsal edən Almaniyanın "BioNTech" şirkətinin təsisçilərindən olan türkəsilli alim Uğur Şahin maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, yaşlanmanın bioloji bir proses olduğunu, dəri hüceyrlərinin yenidən proqramlaşdırılaraq gəncləşə biləcəyini bəyan edib.
Professorun sözlərinə görə, bu oxşar üsullarla daxili orqanların da gəncləşməsi mümkün olacaq. Hətta yeni biotexnologiyalardan istifadə etməklə, zədələnmiş bədən üzvləri bərpa ediləcək.
Həkim bununla da xərçəngin müalicəsində ciddi irəliləyişlər əldə olunacağını proqnozlaşdırıb.