Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 14:32
İstanbulun mərkəzi yerlərindən olan Şişli rayonunda aparılan qazıntı işləri zamanı V əsrə aid tikili tapılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yerin 1 metr 20 santimetr dərinliyində tapılan qalıqlar arxeoloqlar tərəfindən araşdırılıb. Altı metr yüksəkliyi, iki metr qalınlığı olan bu tikilinin böyük ehtimalla Bizans dövrünə aid "Haliç divarları"nın bir hissəsi olduğu müəyyən edilib.
Tikilinin restovrasiya ediləcəyi bildirilir.