Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 17:56
Moskva yaxınlığında baş verən hadisə şəhər sakinlərini əməllicə həyəcanlandırıb.
Sonxeber.net "360" teleqram kanalına istinadən xəbər verir ki, küçədən keçən kişinin üçüncü sinif şagirdi olan qızı boğmaq cəhdi təhlükəsizlik kameralarına düşüb. Kadrlardan görünür ki, naməlum şəxs uşağa arxadan hücum edərək maşınlar üçün yerə aparır. Sonra uşağın qışqırdığı görünür. Qonşunun qışqırması cinayətkarı qorxudub. Həmin şəxs az sonra saxlanılıb. Onun törətdiyi hadisənin səbəbi bilinmir.
Kamran Seyidov